“Yaşlıların Təhsili Assosiasiyası” ictimai birliyi yerli Qeyri-hökumət təşkilatıdır. Təşkilatımız 2008-ci ilin sentyabrında dövlət qeydiyyatına alınmışdır. Əsas məqsədimiz müasir cəmiyyətdə hər bir vətəndaşın ictimai, peşə, mədəni, sosial və mənəvi tələbatlarını ödəyən Yaşlıların Təhsili üzrə effektiv sistemin yaradılmasına və inkişaf etdirilməsinə kömək etməkdir.